Kaliforniyanın Maliyyə Mühafizəsi və İnnovasiyalar Departamenti bildirib ki, problemli Amerika bankı “First Republic” bağlanıb. O, Federal Əmanətlərin Sığortalanması Korporasiyasının (FDIC) mülkiyyətinə keçib, Banker.az bu barədə Forbes-ə istinadən xəbər verir.
Sığortalanmamış əmanətlər də daxil olmaqla, “First Republic”in bütün digər aktivləri ABŞ-ın “JPMorgan Chase” bankına keçəcək. “First Republic”i bağlamaq qərarını verən FDIC “təhlükəsiz və ya əsassız iş aparma üsuluna”, eləcə də bankın düşdüyü “təhlükəsiz və əsassız vəziyyətə” istinad edib.
13 aprel 2023-cü il tarixinə olan məlumata görə, “First Republic”in aktivləri təxminən 229.1 milyard dollar, əmanətləri isə 103.9 milyard dollar təşkil edib. Səkkiz ştatda 84 “First Respublic” ofisi mayın 1-də “JPMorgan Chase” bölmələri olaraq açılacaq.
“JPMorgan Chase” – ABŞ-ın ən böyük banklarından biridir. “First Republic”in saytında qeyd olunur ki, 2020-ci ilin iyul ayına olan məlumata görə, bank ABŞ-ın 14-cü ən böyük bankı olub. “Bloomberg” edir ki, 2022-ci ilin sonuna olan məlumata görə, “Forst Republic”da 7200 nəfər çalışıb.