6 C
Baku
Sunday, December 15, 2024

Fırtınalı hava şəraiti ilə ilə bağlı gəmilərə xəbərdarlıq edildi

Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi (GHİM) fırtınalı hava şəraiti ilə ilə bağlı gəmilərə xəbərdarlıq edib.

Banker.az xəbər verir ki, bu barədə GHİM-in Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, GHİM-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosundan təhlükəli hidrometeoroloji hadisə haqqında məlumat daxil olub.

Məlumata əsasən, oktyabrın 8-i günün ikinci yarısında Xəzər dəniz akvatoriyasında başlayacaq küləyin oktyabrın 10-u səhər saatlarına kimi davam edəcəyi proqnozlaşdırılır.

Həmin günlər ərzində Xəzər Dəniz Akvatoriyasında müşahidə ediləcək cənub-qərb küləyi sonrakı günlərdə şimal-qərb küləyi ilə əvəz olunacaq.

Açıq dənizdə küləyin surəti arabir 33-35 m/s-dək güclənəcəyi gözlənilir.

Dalğanın hündürlüyü 2.0-4.0, sonrakı inkişafda isə 4.5-6.5 metrə çatacağı proqnozlaşdırılır.

Son xəbərlər
Digər xəbərlər