2 C
Baku
Sunday, December 15, 2024

“Fitch”: Azərbaycan güclü xarici valyuta balansına və aşağı dövlət borcuna malikdir

“Fitch” beynəlxalq reytinq agentliyi Azərbaycanın emitentin uzunmüddətli xarici valyutada reytinqini “BB+” olaraq müəyyən edib.

Bu barədə Agentliyin yaydığı məlumatda qeyd edilir.

“Fitch” hesab edir ki, Azərbaycan güclü xarici valyuta balansına və aşağı dövlət borcuna malikdir:

“Bu reytinq Azərbaycanın güclü xarici balansı və aşağı səviyyədə olan xarici borcun olmasını, iqtisadiyyatın neftdən asılılığını, idarəetmənin aşağı olmasını və zəif bank sektorunun olmasını əks etdirir”.

Agentlik hesab edir ki, ötən il Azərbaycan 1,4% inkişaf etdiyi halda bu il bu rəqəm 2,7%-ə bərabər olacaq:

“Diversikasiya proselərinin aparılmasına baxmayaraq ÜDM-in 42%-i, əmtəə ixracının 91%-i və fiskal gəlirlərin 63%-i neft gəlirlərindən aslılıdır”.

Report

Son xəbərlər
Digər xəbərlər