“Fitch” beynəlxalq reytinq agentliyi İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyətini növbəti dəfə qiymətləndirib.
Bu barədə Fonda istinadən xəbər verir.
Məlumatda deyilir ki, Agentliyin qiymətləndirməsinə əsasən, Fondun uzunmüddətli xarici və yerli valyutada reytinqi “BB+/stabil” səviyyəsində təsdiq edilib.
“Fitch” dövlətlə Fond arasında əlaqənin və ona dövlət dəstəyinin güclü olmasını yüksək qiymətləndirərək, qurumun reytinqini ölkənin suveren reytinqinə bərabər müəyyənləşdirib.
Xatırladaq ki, “Fitch” 2009-cu ildən Fondun fəaliyyətini qiymətləndirir və onun müstəqil kredit reytinqini açıqlayır. Son 12 il ərzində aparılan qiymətləndirmələr Fondun reytinqinin ölkənin suveren reytinqinə bərabər olması ilə nəticələnib.