12 C
Baku
Tuesday, May 7, 2024

Fitch: Körfəz banklarının Türkiyədəki filialları $1 mlrd.-a yaxın zərər ediblər

“Fitch” reytinq agentliyi Körfəz ölkələrinin banklarının Türkiyədəki fəaliyyətlərinə görə zərər etdiyini açıqlayıb.

Banker.az bu barədə Türkiyə mətbuatına istinadən xəbər verir.

Türkiyədə vəziyyətin getdikcə pisləşdiyini bildirən “Fitch” türk lirəsinin ucuzlaşmasının banklara da təsir etdiyini vurğulayıb.

Fitch-in məlumatına görə, Türkiyədə filialları olan Körfəz bankları 2022-ci ilin birinci yarısında 950 milyon dollar xalis zərərlə üzləşib.

Ən çox zərər görən banklar Birləşmiş Ərəb Əmirliklərinin “NBD” və “KFH” banklarıdır. Bu iki bankın, eləcə də “Burgan Bank”ın Türkiyədəki zərərləri onların ümumi mənfəətinin 15%-indən çoxunu təşkil edib.

“Fitch”in proqnozuna görə, 2022-ci ilin ikinci yarısında və 2023-cü ildə Türkiyədə inflyasiyanın yavaş-yavaş azalması ilə bu bankların zərərləri də azalacaq. Agentlik proqnozlaşdırır ki, türk lirəsi ən azı 2024-cü ilə qədər ucuzlaşacaq, lakin bu çətinliklərə baxmayaraq, Körfəz bankları Türkiyə bazarını tərk etməyəcək.

Son xəbərlər
 ⁠
Digər xəbərlər