6 C
Baku
Sunday, December 15, 2024

“Fitch” neftin qiyməti üzrə proqnozu sabit saxlayıb

“Fitch Ratings” beynəlxalq reytinq agentliyi 2019-cu ildə “Brent” markalı neftin orta qiymətinin 65 dollar/barel olacağını proqnozlaşdırır.

Report agentliyi “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə növbəti Qlobal İqtisadi Proqnozda (Global Economic Outlook, GEO) deyilir.

Qiymətləndirmə iyun proqnozu ilə müqayisədə dəyişməyib, bununla belə, agentlik 2019-cu ilin dördüncü rübündə neft bazarında dəyişkənliyin qalacağını istisna etməyib. 2020-ci il üçün proqnoz da eyni səviyyədə qalıb: bir barel üçün 62,5 dollar.

Uzunmüddətli perspektivdə “Brent” markalı neftin orta qiymətinin bir barel üçün 57,5 dollar olacağı gözlənilir. 

GEO hesabatında bildirilir ki, Səudiyyə Ərəbistanının neft infrastrukturuna edilən son hücumlar bu cür obyektlərin nəinki bu ölkədə, bütövlükdə Körfəz bölgəsindəki zəifliyini diqqətə çatdırır. Bununla yanaşı, “Fitch” analitikləri OPEC+ ölkələrinin təklifi tənzimləyə və dünya bazarında yanacaqın çox artmasının qarşısını ala biləcəyini gözləyirlər.

Son xəbərlər
Digər xəbərlər