5 C
Baku
Saturday, December 14, 2024

“Fitch Ratings” neft qiymətləri ilə bağlı proqnozunu artırıb

“Fitch Ratings” agentliyi post-pandemiya dövründə tələbin artması ilə bağlı neft qiymətləri üzrə proqnozunu artırıb.

Bu barədə Agentliyin neft-qaz qiymətləri ilə bağlı 2022-ci ilin iyun ayı üzrə proqnozunda bildirilib.

Məlumata görə, Brent markalı neftin qiyməti üzrə əsas proqnoz 2022-ci il üzrə 100 dollardan 105 dollara, 2023-cü il üzrə 80 dollardan 85 dollara, 2024-cü il üzrə 60 dollardan 65 dollara yüksəldilib. Agentlik “Brent”in uzunmüddətli qiyməti ilə bağlı proqnozunu isə dəyişməyərək 53 dollar saxlayıb.

WTI neftinin qiyməti üzrə proqnoz 2022-ci ildə 95 dollardan 100 dollara, 2023-cü ildə 76 dollardan 81 dollara, 2024-cü il üzrə 57 dollardan 62 dollara kimi artırılıb. WTI neftinin uzunmüddətli qiymət proqnozu isə 50 dollar olaraq saxlanılıb.

“Fitch Ratings” “Brent” və WTI neftinin qiyməti ilə bağlı pessimist proqnozunu isə dəyişməyib. “Brent”in qiyməti 2022-ci il üzrə 70, 2023-cü il üzrə 45, 2024-cü il üzrə 35 dollar proqnozlaşdırılıb. WTI üzrə bu göstərici müvafiq olaraq 67 dollar, 42 dollar və 32 dollar müəyyən edilib.

“Artan neft qiymətləri ilə bağlı fərziyyələrimiz qurulmuş tədarük kanallarının pozulmasını və artan neft tələbini əks etdirir. Avropa İttifaqı Rusiyadan dəniz idxalına qadağa qoyub, ona görə də o, bütün neft idxalının təxminən üçdə birini digər regionlardan gələn tədarüklərlə əvəz etməli olacaq. Daha böyük həcmdə Rusiya nefti isə Hindistan və Çinə ixrac ediləcək. Bununla belə, ehtiyat gücün istifadəsi və ticarət axınlarının yönləndirilməsi son nəticədə qlobal neft təklifinə təzyiqi azaldacaq, ona görə də biz qiymətlərin mülayim olacağını gözləyirik” – deyə, “Fitch Ratings” proqnozunu şərh edərkən bildirib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər