10 C
Baku
Saturday, November 23, 2024

“Fitch” Rusiyanın kredit reytinqini aşağı salıb

Beynəlxalq reytinq agentliyi “Fitch” Rusiyanın xarici valyutada uzunmüddətli emitentin kredit reytinqini “BBB”dən “B” səviyyəsinə endirib.

Banker.az bu barədə “Russian.rt”ya istinadən xəbər verir.

Agentlik ehtimal edir ki, Rusiyanın Ukraynada keçirdiyi xüsusi əməliyyata cavab olaraq beynəlxalq sanksiyaların sərtliyi makromaliyyə sabitliyinə təhdidləri artırıb.

“Fitch” Rusiya banklarına məhdudiyyətlərin daha da sərtləşdirilməsini gözləyir. Xatırladaq ki, dekabrda agentlik Rusiyanın reytinqini BBB səviyyəsində təsdiqləyib.

“Moody’s” reytinq agentliyi Ukrayna ətrafında eskalasiya zamanı Rusiyaya qarşı mümkün sanksiyaları təhlil edib.

Son xəbərlər
Digər xəbərlər