2 C
Baku
Saturday, December 14, 2024

“Fitch”: SOCAR güclü maliyyə profilini 2026-cı ilədək qoruyub saxlayacaq

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) güclü maliyyə profilini 2026-cı ilədək qoruyub saxlayacaq.

Bu barədə “Fitch Ratings” beynəlxalq reytinq agentliyinin proqnozlarında deyilir.

“SOCAR-ın kredit çiyni (leverage) bir qrup analoji şirkətlə müqayisədə tarixən nisbətən yüksək olub, lakin 2022-ci ildən etibarən azalıb. Bu, yüksək neft və qaz qiymətləri səbəbindən pul axınlarının generasiyasının daha yüksək səviyyəsini əks etdirir. “Fitch”in neft-qaz qiymətlərinə dair proqnozlarına əsasən, SOCAR-ın güclü maliyyə profilini 2026-cı ilədək qoruyub saxlayacağını gözləyirik”, – deyə reytinq agentliyindən bildiriblər.

Qeyd edək ki, SOCAR neft-qaz yataqlarının kəşfiyyatı, neftin, qazın və qaz kondensatının hasilatı, emalı və nəqli, neftin və neft-kimya məhsullarının daxili və beynəlxalq bazarlarda satışı, təbii qazın sənaye müəssisələrinə və Azərbaycan əhalisinə, habelə Avropaya tədarükü ilə məşğul olur.

Şirkət Gürcüstan, Türkiyə, Rumıniya, İsveçrə, Almaniya və Ukrayna kimi ölkələrdə müxtəlif fəaliyyət, o cümlədən əsasən İsveçrə, Sinqapur və Nigeriyada ticari fəaliyyət göstərir.

MənbəTrend
Son xəbərlər
Digər xəbərlər