Nobel Komitəsi bildirib ki, 2022-ci il fizika üzrə Nobel mükafatı fransalı Alain Aspet, amerikalı Con Klauzer və avstriyalı Anton Zeilingerə kvant mexanikası üzrə tədqiqatlarına görə verilib. Komitə izah edib ki, onların tədqiqatları kvant mexanikasına əsaslanan “yeni texnologiyalara yol açır”.
Banker.az bu barədə “TASS”a istinadən xəbər verir.
Bildirilir ki, mükafat “dolaşan fotonlarla təcrübələrin aparılmasına, Bellin bərabərsizliklərinin pozulması prinsiplərinin müəyyənləşdirilməsinə və kvant məlumatı elminin yaradılmasına rəhbərlik edilməsinə” görə verilib.
2021-ci il Nobel mükafatı laureatları Şukuro Manabe, Klaus Hasselman və Giorgio Paris olub. Mükafat “mürəkkəb fiziki sistemlərin başa düşülməsinə əsaslı töhfələrə görə” verilib. Alimlər Yerin iqlimi və qlobal istiləşmənin modelləşdirilməsini araşdırıblar.