Azərbaycanın keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərova məxsus daha bir şirkət ləğv olunub.
“İMPROTEX MOTORS” MMM “İMPROTEKS” MMC-nin ona qoşulması nəticəsində yenidən təşkil olunduğunu və “İMPROTEKS” MMC-nin qoşulma nəticəsində ləğv olunduğunu elan edib.
Qeyd edək ki, bundan öncə “Improtex Group” MMC-yə daxil olan “Improtex Trading” MMC də ləğv olunaraq holdinqin digər şirkəti – “Improtex Motors” MMC-yə qoşulduğunu elan etmişdi.
Xatırladaq ki, F.Ələkbərov nazir işlədiyi müddətdə holdinqə onun həyat yoldaşı – İradə Ələkbərova rəhbərlik edib.