9 C
Baku
Friday, December 13, 2024

Forbes: Donald Tramp ABŞ-ın ən varlı 400 insanı siyahısından çıxma astanasında

ABŞ Prezidenti Donald Trampın sərvəti 3,1 milyard dollara enib və nəticədə o, ABŞ-ın ən varlı 400 insanı siyahısında (Forbes-400) 138 pillə geriləyib.

Banker.az bildirir ki, Forbes jurnalının məlumatına görə, 2015-ci ildə Trampın varidatı 4,5 milyard dollar təşkil edirdi. Beləliklə, ötən müddət ərzində o, 1 milyard dollardan çox pul itirib. 2017-ci ildə dərc olunan analoji reytinqdə Tramp 248-ci pillədə yer almışdı.

Oxşar yazı: “Pew Research”: Amerikanın imici Trampın hakimiyyəti altında pisləşib

Forbes siyasi və biznes faktorlarının bir arada olmasını Trampın varidatının azalmasının əsas səbəbi kimi göstərir. Əsasən də mətbuatın prezidentə neqativ münasibəti və onun daşınmaz əmlak biznesinin təzyiq altında qalması qeyd olunur.

“Donald Tramp nə qədər çalışsa da, prezidentlik sayəsində varlana bilməyəcək”, – jurnal belə yazır.

MənbəAZƏRTAC
Son xəbərlər
Digər xəbərlər