10 C
Baku
Friday, December 13, 2024

Forex bazarının ən “bacarıqlı” fırıldaqçıları

Bu məqalədə treyderlərin fırıldaqçılıq əməlləri sayəsində tək özlərinin deyil, digər şəxs və şirkətlərin pullarının necə havaya sovrulduğunu öyrənə biləcəksiniz.
Nik və Nikkei – 1.4 milyard dollar

Nik Lison ticarət dünyasında ən məşhur fırıldaqçılardan biridir. O hətta bu reallığa həsr olunmuş kitab da yazmış və onu “Fırıldaqçı treyder” adlandırmışdır. 1992-ci ildə o öz bacarığının zirvəsində idi və onun bacarığı ona 28 yaşında Sinqapur beynəlxalq valyuta birjasında “Barings” bankının əməliyyat rəhbəri olmasına şərait yaratmışdı.
Lakin tezliklə onun ticari bacarığı endi və böyük itkilərlə üzləşməyə başladı. O öz itkilərini gizlətmək üçün ofisdə müqavilələrin bağlanmasına məsuliyyət daşıyan şəxs və baş treyder olmasından istifadə edirdi.

1995-ci ilin əvvəlində onun itkiləri artıq geniş miqyas almağa başlayır. Belə ki, bu zaman o Nikkei indeksinə opsion yatırır və belə düşünür ki, növbəti gün böyük artım olacaq. Lakin, növbəti gün Kobedə zəlzələ baş verir və Nikkei bazarının növbəti enməsinə və nəhəng itkilərə səbəb olur. Lison üzləşdiyi itkiləri geri qaytarmaq məqsədilə böyük riskli yatırım edir. Belə ki, onun iddiasına görə zəlzələdən sonra Nikkei indeksi tezliklə özünü bərpa edəcək. Bu isə baş vermir və növbəti əhəmiyyətli itkilər silsiləni öz ardınca gətirir.

Nəticədə Nik Lison “Barings” bankının 1,4 milyard dollarını itirir ki, bu da 200-dən çox yaşı olan bankın müflis olmasına gətirib çıxarır. Lison fırıldaqçılıq əməllərinə görə, 6 il yarım həbs cəzasına layiq görülsə də, xərçəng xəstəliyi diaqnozuna görə vaxtından əvvəl azadlığa buraxılır.

Con Rasnek və yapon yeni – 691 milyon dollar

«Allfirst Financial»-dan olan Con Rasnek yapon yeni ilə uğursuzluğa düçar olmuşdu. İlk olaraq, o 1993-cü ildə vəzifəyə dəvət edildikdə və 1995-ci ilə qədər hər şey qaydasında idi. 1996-cı ildə faydalı bazarlar ona üz çevirdikdə Rasnek daha aqressiv şəkildə oynamağa və daha çox pul itirməyə başlayır. 1997-ci ildə o 29,1 milyon dollar itirmişdi. 2001-ci ildə isə onun itkiləri artıq 300 milyon dollar təşkil edirdi. Bu uğursuzluğun final nöqtəsi isə 300 milyon dollardan artıq dəyəri olan opsionların satılması haqqında müqavilə oldu ki, bu uğursuzluqla onun ümumi itki rekordu 691 milyon dollara çatdı.

Con Rasnek də Nik Lison kimi öz itkilərini gizlətmək üçün tənzimləyici sistemə müdaxilə edirdi. Nəticədə Rasnek 7 il yarım həbs cəzasına və 691 milyon dollar cərimə ödəməyə məhkum edildi.

Yasuo Hamanaka – 2.6 milyard dollar

Yasuo Hamanaka «Sumitomo Corporation» şirkətinin treyderi idi və sırf olaraq mis üzrə ixtisaslaşmışdı. Şayiələrə görə, o dünya mis bazarının 5%-nə nəzarət edirdi. Lakin bazarı tərs çevirmək cəhdi onu yarı yolda qoydu. 1996-cı ildə onun treyderi olduğu şirkət mislə bağlı müqaviləyə görə 2,6 milyard dollar itirdi.

Onun fəaliyyəti çərçivəsində fırıldaqçı olub-olmadığı araşdırılırdı və o imzaların saxtalaşdırılmasında günahlandırılsa da, bu günə qədər onun təqsirlik dərəcəsi sual altında olaraq qalır.

Li Kvibinq – 200 milyon dollardan 1 milyard dollara qədər

Mis qiymətlərinin növbəti şübhəli dəyişməsi 2005-ci ildə, yəni Li Kvibinqin Çin rəhbərliyinin maraqları çərçivəsində metalla ticarət həyata keçirdiyi zaman baş vermişdi. Bu zaman o nəhəng yatırım edir (təqribən 200 000 ton) və bu mis qiymətlərinin ilkin enməsinə səbəb olur. Lakin nəticədə misə qlobal tələbatın artması fonunda bu müqavilənin böyük itkilərlə üzləşməsinə gətirib çıxarır.

Bütün izlər Çinin dövlət ehtiyat bürosuna apardığından, digər treyderlər anladı ki, Çin qısa pozisiyaalrı doldurmalı olacaq. Bu misin qiymətini qaldırdı. Çin rəhbərliyi qiymətləri endirməyə çalışır və iddia edirdi kio, mis ehtiyatı əvvəl qiymətləndirildiyindən 5 dəfə artıqdır və hətta ümumiyyətlə Li Kvibinqin mövcud olduğunu inkar edirdi. İtkilərin həcmi və Li Kvibinqin harada olduğu hələ də sual altındadır.

Cerom Kervil – 7.1 milyard dollar

Cerom Kervilin avropalı fyuçerslərdə spekulyant davranışları onun “Societe Generale” bankına 7 milyard dollardan çox zərər qazandırmışdı.

Cerom Kervil də digərləri kimi vəzifəsinin qazandırdığı üstünlüklərdən istifadə edərək sistemdə manipulyasiyalar edə bilirdi. Lakin o öz fırıldaqçılıq əməllərindən heç bir şəxsi gəlir əldə etmirdi. Bununla belə, 2007-ci ilin ipoteka böhranı onun məğlubiyyətini sürətləndirmişdi.

Son xəbərlər
Digər xəbərlər