16 C
Baku
Thursday, March 28, 2024

Forex-də necə qazanmaq olar

Evdən çıxmadan pul qazanmağı kim istəməz ki? Bu günlərdə internet və real həyatda çox yayılmış Forex reklam şüarları valyuta məzənnələri üzərindən 100-1000%-lik gəlir və real qazanc götürməyi vəd edir.

Biz bir sıra suallara cavab tapmağa çalışdıq: Forex-də həqiqətən qazanmaq olarmı və bunun üçün nə lazımdır, eləcə də qazanc nə qədər olur?

Aydın məsələlərə görə Forex bazarının oyunçuları adlarının bilinməsini istəmirlər. Buna görə də bizim həmsöhbətimiz anonimliyin qorunduğu təqdirdə qazancın sirlərini açmağa razılıq verdi.

– Üç il əvvəl metal konstruksiya istehsalı üzrə şəxsi biznesim var idi. Zərərlə işləməsə də, istənilən mənfəəti də əldə etmək olmurdu. Mən yaxşı başa düşürdüm ki, öz yerimdə sayıram, bəlkə də öz işimlə məşğul deyildim, bəlkə də bazar quruluşu təsir göstərirdi, lakin müəssisə hər halda arzu olunan mənfəəti gətirmirdi.

Forex haqqında çoxdan eşitmişdim, lakin ciddi olaraq qazanc axtarışına çıxdığım zaman onu da sınaqdan keçirmək qərarına gəldim. Mahiyyət etibarilə, hərəkətlər sxemi mürəkkəb deyil: mənfəət valyuta məzənnələri arasındakı fərqdən yaranır – ilk baxışdan bu valyuta möhtəkirlərinin işini xatırladır. Lakin Forex daha sivilizasiyalı və intellektual təsir bağışlayır.

Yalnız proses zamanı başa düşürsən ki, fərq kifayət qədər böyükdür.

Hazırda şəbəkələrdə birjalarda insanın əvəzindən ticarət aparan mütəxəssis və məsləhətçi proqramlar təqdim olunur. Asan qazanc axtaran bir çox tanışlarım bu proqramların köməyi ilə qazanmağa çalışırlar. Bilmirəm, bu yolla nə isə alınır ya yox, amma onların əhəmiyyətli uğurları haqqında eşitməmişəm. Mən həmişə ehtimal edirdim ki, ancaq öz biliklərinə, təcrübə və əlbəttə ki, uğura əsaslanaraq qazanmaq olar. Hər halda kim nə deyirsə desin, Forex uğurun vacib elementidir.

Mənim üçün ilk demo-hesabın açılması ciddi stimul idi. Təbii ki, 100 dollarlıq demo-hesab açmamışdım, məbləğ kifayət qədər ciddi idi, lakin uduzma ehtimalı üçün o qədər də böyük deyildi. Bazar qanunlarının əsaslandığı xüsusi biliklərim yox idi, buna görə də ilkin mərhələdə şəxsi təhsilim üçün də kapital qoymağa məcbur oldum.

Deyə bilmərəm ki, bundan sonra professional treyder oldum, lakin hansısa baza bilik və bacarıqlara yiyələndim. İqtisadiyyat və maliyyənin əsasını təşkil edən nəzəri biliklər olmadan Forex-də qazanmağın mümkünlüyünü ehtimal etmək səhvdir.

“Forex-də ticarət üçün gün ərzində bir-iki saatını ayırmaq lazımdır “ kimi geniş yayılmış yanlış fikirlər də mövcuddur. Əslində isə mən ticarət aparmaq üçün bütün gün kompüter arxasında oturmalı və gedişi izləməli oluram, təbii ki, əgər az da olsa qazanmaq istəyirəmsə. Məsələn, məndə ilk əvvəllərdə məhz belə idi.

Vaxt keçdikcə başa düşdüm ki, yalnız Forex-də qazanmaqla kifayətlənmək olmaz – və ya bunun üçün külli miqdarda pullar yatırmaq və ya bu sahədə meqa-professional olmaq lazımdır. Ona görə də hazırda mən aralıq mövqe tutaraq, Forex və digər bir fəaliyyəti bir yerdə aparıram. Ümid edirəm ki, bir gün mənim də bəxtim gətirəcək və böyük bir tikə qopara biləcəm.

Forex-lə yenicə məşğul olmağa başlayanlara demo-hesab açmağı və onun üzərində bir neçə ay məşq etməyi məsləhət görərdim. Məhz bundan sonra real-hesablara keçmək olar. Bununla belə, iqtisadi təsəvvürləriniz olan ölkələrin  valyutalarından başlamağı tövsiyə edirəm.

Son xəbərlər
Digər xəbərlər