21 C
Baku
Friday, April 26, 2024

“Formula-1” Azərbaycan Qran-prisinin biletlərinin qiyməti açıqlandı

İyunun 10-12-də keçiriləcək “Formula-1” üzrə Azərbaycan Qran-prisi üçün biletlərin satışa çıxarılacağı vaxt açıqlanıb.

Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) verilən məlumata görə, biletləri fevralın 22-dən etibarən əldə etmək mümkün olacaq.

Yarışlar üçün nəzərdə tutulan biletlərin qiyməti yerli azarkeşlərə birgünlük ayaqüstü zonada 90-160 manat, üç günlük tribuna biletləri 280-970 manat, uşaqlar üçün (16 yaşadək) isə 190-690 manat aralığında dəyişir. Bundan əlavə, hər il olduğu kimi, bu il Paddok klubu və xüsusi korporativ yerlər üçün bilet satışı da nəzərdə tutulub.

2020-ci ildə COVID-19 səbəbilə təxirə salınmış “Formula-1” Azərbaycan Qran-prisi zamanı alınmış biletlər hazırkı yarış üçün keçərli olacaq.

Builki yarışların formatında qlobal pandemiya fonunda tamaşaçıların təhlükəsizliyini maksimum dərəcədə təmin etmək məqsədilə konsert proqramı nəzərdə tutulmayıb. Lakin ötən illərdə olduğu kimi, bu il də tamaşaçılar üçün müxtəlif əyləncə proqramları təşkil olunacaq.

Tamaşaçılardan yarış vaxtı ölkədəki COVID-19 təhlükəsizlik qaydalarına əməl etmələri tələb ediləcək.

BŞH-nın icraçı direktoru Arif Rəhimov unudulmaz yarış həyəcanını yenidən yaşamaq istəyən hər kəsi bilet almağa dəvət edib:

“Bakıda altıncı dəfə baş tutacaq “Formula-1” yarışlarına biletlərin satışa çıxarıldığını elan etməyə şadıq. Ötən il tamaşaçısız keçirilməsinə baxmayaraq, gərgin mübarizə və gözlənilməz nəticə ilə yekunlaşan yarışı böyük auditoriya kütləsi izləmişdi. Bu il baş tutacaq yarışların daha da maraqlı olacağına əminik. Bu il konsert proqramı nəzərdə tutulmasa da çalışacağıq ki, bu möhtəşəm yarışı Bakıda canlı izləmək istəyən hər kəs üçün fərqli əyləncə imkanları təqdim edək. Bütün “Formula-1” azarkeşlərini tezliklə satışa çıxarılacaq biletləri əldə etməyə dəvət edirik”.

 

 

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər