16 C
Baku
Monday, May 6, 2024

Formula 1 Azərbaycan Qran Prisinin müqavilə müddətinin uzadılması ilə bağlı danışıqlar gedir – RƏSMİ

Formula 1 Azərbaycan Qran Prisinin müqavilə müddətinin uzadılması ilə bağlı danışıqlar gedir.

Bunu jurnalistlərə açıqlamasında Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkətinin mətbuat katibi Turab Teymurov deyib.

O qeyd edib ki, müqaviləyə əsasən Formula 1 Azərbaycan Qran Prisinin sonuncu ilidir.

“Ancaq müqavilə müddətinin uzadılması ilə bağlı danışıqlar gedir.

Ümidvarıq ki, Azərbaycan Qran Prisi keçirilməyə davam edəcək. Çünki Formula 1-in iqtisadi və sosial baxımdan faydaları çoxdur. Danışıqlar barədə yekun məlumatlar olan kimi ictimaiyyətlə bölüşüləcək”- T. Teymurov vurğulayıb.

Son xəbərlər
 ⁠
Digər xəbərlər