20 C
Baku
Wednesday, April 24, 2024

“Formula 1” üzrə Azərbaycan Qran-prisinin vaxtı dəyişdirilə bilər

“Formula 1” üzrə 2023-cü il Azərbaycan Qran-prisinin vaxtı dəyişdirilə bilər.

Buna səbəb yarışın Çin mərhələsinin təşkilinin sual altına düşməsidir. Şanxay trasında keçirilən Qran-prinin ölkədə koronavirus pandemiyası ilə bağlı vəziyyətin pisləşməsinə görə təxirə salınacağı istisna olunmur.

Bu baş verərsə, Çin Qran-prisindən əvvəlki və sonrakı yarışlar arasında 4 həftəlik fasilə yaranacaq. Bu isə təşkilatçılara sərf etmir. Məhz həmin fasiləni 3 həftəyə endirmək üçün Azərbaycan Qran-prisi nəzərdə tutulan vaxtdan 1 həftə tez keçirlə bilər.

Qeyd edək ki, “Formula 1″in rəsmi saytının açıqladığı təqvimdə Bakıdakı yarışın 28 – 30 apreldə olacağı göstərilib.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər