26 C
Baku
Friday, April 19, 2024

“Formula 1″in sahibi “Liverpul”a sərmayə qoymaq istəyir

“Formula 1″in kommersiya hüquqlarına sahib olan ABŞ-ın “Liberty Media” şirkəti İngiltərənin “Liverpul” futbol komandasına sərmayə qoymaq istəyir.

Mersisayd təmsilçisinin hazırkı sahibi “Fenway Sports Group” klubun səhmlərini ala biləcək investorlar axtarır.

“Liberty Media”nın iddiaçılardan biri olduğu bildirilib, lakin hansı payı ala biləcəyi məlum deyil. Eyni zamanda, “Liverpul”un birdəfəlik satışa hazır olmadığı vurğulanıb.

Qeyd edək ki, “Formula 1” 2017-ci ildən “Liberty Media”ya məxsusdur.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər