9 C
Baku
Friday, December 13, 2024

Fövqəladə hallar nazirinin müavini “Qalaaltı” İstirahət Mərkəzinə gedib

Bu gün səhər saatlarında fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev baş vermiş yanğınlarla bağlı “Qalaaltı” İstirahət Mərkəzində operativ əməliyyat müşavirəsi keçirib.

Bu barədə FHN-in məlumatında deyilir. Məlumata görə, tədbirdə FHN-in aidiyyəti strukturlarının məsul şəxsləri, Siyəzən və Şabran Rayon İcra hakimiyyətlərinin başçıları, adı çəkilən rayonlarda fəaliyyət göstərən hüquq-mühafizə orqanlarının rəhbərləri iştirak ediblər. Bildirilib ki, təkcə ötən gün respublika üzrə 154 yanğına çıxış qeydə alınıb ki, onun da 38-i Şimal bölgəsinin payına düşür. Müşavirədə baş vermiş yanğınların genişlənməsinin qarşısının alınması və söndürülməsi istiqamətində görülmüş işlər müzakirə olunub, zəruri və təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi istiqamətində müvafiq tapşırıqlar verilib.

Eyni zamanda nazir müavini E.Mirzəyev “Qalaaltı” İstirahət Mərkəzində istirahət edən vətəndaşlarla görüşüb. Bildirib ki, yanğın təhlükəsinin qarşısının alınması istiqamətində müvafiq zəruri tədbirlər həyata keçirilib, heç bir təhlükə mövcud deyil.

Hazırda fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar baş vermiş yanğınların qarşısının alınması ilə bağlı Şimal bölgəsindədir. Bu bölgədə yanğınlarla mübarizəyə 600 nəfər şəxsi heyət, 80-ə yaxın texnika, 2 ədəd helikopter və 1 ədəd “BE 200 ÇS” amfibiya təyyarəsi cəlb olunub.

Mənbəapa.az
Son xəbərlər
Digər xəbərlər