Fransanın “TotalEnergies” energetika şirkəti qış mövsümü BƏƏ-dən dizel və digər yanacaq növlərinin alınması barədə danışıqlar aparır. Bu məsələ BƏƏ-nin Prezidenti Məhəmməd ben Zeydin Parisə səfəri zamanı müzakirə olunacaq.
Bu barədə şirkətin rəhbəri Patrik Puyanne Fransa Senatında çıxışı zamanı bildirib. Onun sözlərinə görə, BƏƏ-dən yanacaq tədarükü Rusiyadan tədarükü əvəz etmək məqsədi güdür.
Xatırladaq ki, Rusiya yanacağı “TotalEnergies” şirkətinin Avropada dizel və digər yanacaq növlərinin ümumi idxalının 12%-ni təşkil edir.