14 C
Baku
Monday, May 6, 2024

“Fransa Ukraynaya göndərmək üçün hərbi kontingent hazırlayır” – Narışkin

Fransa Ukraynaya göndərmək üçün hərbi kontingent hazırlayır.

Bu barədə Rusiyanın Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin bildirib.

“Rusiya Xarici Kəşfiyyat Xidmətinə daxil olan məlumata görə, artıq Ukraynaya göndərilmək üçün kontingent hazırlanır. İlkin mərhələdə kontingentin sayı təxminən 2 min nəfər ola bilər”, – deyə Narışkin qeyd edib.

Onun sözlərinə görə, Fransa hərbçiləri belə mühüm hərbi birləşmənin Ukraynaya diqqətsiz şəkildə köçürülə və yerləşdirilə bilməyəcəyindən qorxur: “Bu baş verərsə, hərbi birləşmələr Rusiya silahlı qüvvələrinin qanuni hədəfinə çevriləcək. Bu o deməkdir ki, Rusiya dünyasına qılıncla gələn bütün fransızların taleyini yaşayacaqlar”.

Son xəbərlər
 ⁠
Digər xəbərlər