7 C
Baku
Sunday, December 15, 2024

Fransa yaxın günlərdə Rusiyaya qarşı yeni sanksiyalar paketi hazırlayacaq

Fransa yaxın günlərdə Rusiyaya qarşı yeni sanksiyalar paketinin hazırlanmasının başa çatacağını gözləyir və onun tezliklə qəbulunu səbirsizliklə gözləyir.

Bunu Fransanın Avropa və xarici işlər naziri Ketrin Kolonna Milli Assambleyanın (parlamentin aşağı palatası) iclasında çıxışı zamanı deyib.

Nazir qeyd edib ki, Fransa və Avropa İttifaqı Rusiyaya qarşı görünməmiş dərəcədə sərt sanksiya siyasəti həyata keçirir. Onun sözlərinə görə, Rusiyanın artıq 1.2 min fiziki şəxs və 100-dən çox şirkəti sanksiyalara məruz qalıb:

“Bu sanksiyaların açıq məqsədi var – Rusiyanın münaqişəni davam etdirmək qabiliyyətini boğmaq və müharibənin aparılmasına görə məsuliyyət daşıyanlara maksimum təzyiq göstərmək. Nə Fransa, nə də “G7” qrupuna daxil olan hər hansı digər ölkə Rusiya ilə müharibə şəraitində deyil. Paris və digər Qərb ölkələri yalnız Ukraynaya BMT Nizamnaməsinə uyğun olaraq müdafiə hüququnu həyata keçirməyə kömək edir”.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər