7 C
Baku
Thursday, December 12, 2024

Fransada elektrik enerjisinin qiyməti rekord səviyyədə qalxa bilər

Fransada 2023-cü ildə elektrik enerjisinin hər meqavat saat üçün topdan satış qiymətinin rekord həddə -1000 avro olacağı bildirilib. Halbuki, bir il öncə hər meqavat saat üçün bu qiymət 85 avro olub.

Rusiya qazının Avropaya axınının, eləcə də Fransanın nüvə reaktorlarının yarıdan çoxunun dayanmasına görə, ölkədə təbii qazın qiymətinin artması elektrik enerjisinin qiymətinin son dərəcə artmasına səbəb olub. Bir il əvvəl hər meqavat saata 85 avro ödənilən elektrik enerjisinin topdan satış qiyməti ötən həftə 750 avro olub. Buna səbəbi kimi son ildə təbii qazın qiymətinin 1500 faiz artması, eləcə də Fransadakı 56 nüvə reaktorundan 32-sinin müvəqqəti dayandırılması göstərilir. Nüvə reaktorlarının dayandırılması müddətinin uzadılması elan olunduqdan sonra qiymətlər kəskin artıb. Mütəxəssislər qiymət artımının 4-5 il davam edəcəyi bildirirlər.

Fransa Baş naziri müəssisələri elektrik enerjisinə qənaət etməyə çağırıb. Hər bir müəssisə qənaət planı hazırlamalıdır. Ölkədə ən kiçik qənaətə ehtiyac olduğu hər an xatırladılır. Fransızlara həftəsonu evdə olmayanda hətta “wifi” qutusunu söndürmək məsləhət görülür. Hər bir kiçik qənaətin vacib olduğu vurğulanır.

Fransa Prezidenti Emmanuel Makron sentyabrın 2-də Müdafiə Şurasının (Conseil de defense) enerji böhranına həsr edilmiş iclasına sədrlik edəcək.

MənbəAzertac
Son xəbərlər
Digər xəbərlər