20 C
Baku
Monday, May 20, 2024

Fransada prezident seçkiləri başladı

Fransanın bəzi ərazilərində prezident seçkilərində səsvermə başlayıb.

Seçki məntəqələri Sen-Pyer və Mikelonda açılıb. Yaxın saatlarda Qvadelupa, Martinika, Fransa Qvianası və Fransa Polineziyasında səsvermə prosesi başlayacaq.

Qeyd edək ki, Fransanın həmin ərazilərində təxminən 2 milyon seçici yaşayır. Bu, seçici elektorarının 4 faizinə yaxındır.

Fransanın özündə isə bu gün sükut günü başlayıb.

Xatırladaq ki, Fransada prezident seçkilərinin birinci turu aprelin 10-da keçiriləcək. Seçkilərdə hazırkı prezident Emmanuel Makron, Marin le Pen və Jan-Lük Melanşon daxil olmaqla 12 namizəd iştirak edir.

Birinci turda ən çox səs toplamış iki namizəd aprelin 24-də keçiriləcək ikinci turda mübarizə aparacaq.

Son xəbərlər
 ⁠
Digər xəbərlər