10 C
Baku
Friday, December 13, 2024

Fransanın avtomobil şirkəti xalis zərərlə başa vurub

Fransanın “Groupe Renault” avtomobil şirkəti 2020-ci ili 8,05 mlrd. avro məbləğində xalis zərərlə bitirib.

Bu barədə şirkətin maliyyə hesabatında deyilir.

Qeyd olunub ki, “Renault”nun avtomobil satışları ötən il 21,3% azalaraq 2 951 971 vahid təşkil edib. Satışlardan əldə olunan gəlirlər isə 21,7% azalaraq 43 474 mln. avroya enib.

Elektrik avtomobillərinin satışında daha yaxşı göstəricilər əldə edən şirkət 2020-ci ildə 116 196 elektromobil realizə edib.

Qeyd edək ki, “Groupe Renault” törəmə şirkətlərdən – “Alpine”, “Renault Sport” (“Gordini”), Rumıniyadakı “Automobile Dacia”, Cənubi Koreyadakı “Renault Samsung Motors” və Rusiyadakı “AvtoVAZ”dan ibarətdir.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər