Fransanın hazırkı Prezident Emmanuel Makron tərəfindən qurulan hakim “İrəli Respublika” (LREM) partiyası adını Renessans olaraq dəyişib.
Bu barədə “France Info” radiosu məlumat yayıb.
Məlumata görə, müvafiq qərar partiyanın şənbə günü keçirilən qurultayında qəbul edilib.
Qeyd olunur ki, qurultay iştirakçılarının 87 %-i ad və statusun dəyişdirilməsinin lehinə səs verib. Makronun 2016-cı ildə “köhnə siyasi partiyaların səhifələrini çevirmək” üçün qurduğu, əslində nə sağçı, nə də solçu olan “transpartiya” siyasi hərəkatı idi. İndi o, klassik partiya formasını alacaq, üzvlər məcburi töhfələr ödəməli olacaq və bundan sonra digər siyasi partiyaların üzvü ola bilməyəcək.
Makron partiyanın statusunun dəyişməsi ilə onun fəxri sədri olub.