16 C
Baku
Thursday, March 28, 2024

FTB: ABŞ üçün ən böyük təhlükə Çindir

“Çin, Rusiya, İran və Şimali Koreya kimi ölkələr daha aqressiv şəkildə böyüyürlər. Onlar bizim əsas demokratik institutlarımız, milli təhlükəsizliyimiz və qanunun aliliyinə zərbə vurmaq üçün imkan tapırlar”.

Bunu ABŞ-ın Federal Təhqiqat Bürosunun (FTB) direktoru Kristofer Rey Nümayəndələr Palatasında keçirilən dinləmələrdə deyib.

Eyni zamanda, FTB rəhbərinin fikrincə, ABŞ-ın iqtisadi və milli təhlükəsizliyi, eləcə də yenilikləri və ideyaları üçün ən böyük təhlükə Çindir. K.Rey FTB-nin “TikTok” sosial şəbəkəsindən istifadə, o cümlədən amerikalıların şəxsi məlumatlarının toplanması və oğurlanması da daxil olmaqla Çinin kibertəhlükəsizlik təhdidləri ilə bağlı yüksək narahatlığını qeyd edib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər