5 C
Baku
Saturday, December 14, 2024

“FTX” kriptobirjasının qurucusunu 115 il həbs cəzası gözləyir

“FTX” kriptobirjasının qurucusu Sem Benkman-Frid ABŞ Ədliyyə Nazirliyi tərəfindən irəli sürülən səkkiz ittihamın hamısı üzrə təqsirli bilinərsə, onu 115 ilə qədər həbs cəzası gözləyir, Banker.az bu barədə “Vc.ru”ya istinadən xəbər verir.

Xüsusilə, onun müştəriləri və kreditorları aldatması, çirkli pulların yuyulması və seçki kampaniyalarının maliyyələşdirilməsi qanunlarını pozması ittihamı sübut olunarsa.

Federal Təhqiqatlar Bürosu, Qiymətli Kağızlar və Birja Komissiyası (SEC) və Əmtəə Fyuçers Ticarət Komissiyası (CFTC) “Amerika tarixindəki ən böyük maliyyə fırıldaqlarından birini” araşdırmaq üçün gecə-gündüz işləyir, bunu Manhetten prokuroru Damian Uilyams deyib.

Qeyd edək ki, “FTX”in likvidliklə bağlı problemləri 2022-ci ilin noyabrında başlayıb. Böhranı həll etmək üçün, “Financial Times”a görə, Benkman-Frid 6-8 milyard dollar tapmaq üçün “Binance”dakı payını satmaq istəyib.

Bundan sonra kriptobirja iflas etdiyini açıqlayıb. Dekabrın 12-də Sem Benkman-Frid Baham adalarında saxlanılıb. İttihamlar üzrə mümkün ekstradisiya dinləməsi 8 fevral 2023-cü il tarixinə təyin edilib.

Son xəbərlər
Digər xəbərlər