8 C
Baku
Friday, December 13, 2024

Funt dollara qarşı

Funt/dollar valyuta cütünün hərəkətini düzgün şəkildə təyin etmək üçün əvvəlcə funt sterlinqin tarixini araşdırmaq lazımdır. Qeyd etmək lazımdır ki, funt Forex beynəlxalq valyuta bazarında iştirak edən valyutaların ən qədimidir. Britaniya bank sistemi kifayət qədər mühafizəkardır və öz kökləri ilə dərin keçmişə gedir. Məsələn, Britaniyanın Mərkəzi bankı öz başlanğıcını 1694-cü ildən götürüb.

Funt sterlinqlərin dünya ehtiyat valyutası ilə cütü kifayət qədər effektiv təsir bağışlayır. GBP/USD məzənnəsinin hərəkətini müşahidə etmək maraq doğurur. Bu cütlüyə isə professional cəhətdən baxdıqda cütlük kifayət qədər də gəlirlidir.

Valyuta cütü müəyyən zaman kəsiyində “dəyişiklik” tərifinə sahibdir. Forex bazarında valyutaların dəyişiklik reytinqinə nəzər salsaq burada funt/dollar cütlüyünün üçüncü olduğunu görərik. Bu valyuta cütlüyünün orta dəyişkənliyi gün ərzində təqribən 100-130 punkt təşkil edir. Bununla yanaşı, ən yüksək fəallıq Amerika və Avropa ticarət sessiyalarında müşahidə edilir.

İngiltərə bankının ölkənin iqtisadi inkişaf göstəricilərini göstərdiyi nəşrini xüsusi olaraq qeyd etmək lazımdır. Bu məlumatlardan düzgün istifadə etməklə bir neçə dəqiqəyə yaxşı pullar qazanmaq olar. Xəbər fonunun yüksək olduğu dövrdə valyuta cütü bir gün ərzində 300 punkt yüksələ bilər. Lakin yüksək dəyişkənlik səbəbindən yeni başlayan treyderlərin məhz bu valyuta cütünə müraciət etmələri məsləhət görülmür.

Cütlüyə texniki analiz nöqteyi-nəzərindən baxsaq, cütlüyə 80-ci illərin ortalarının “London centlmeni” deyimini yaraşdıra bilərik. Texniki analizdə bu cütlüyə xas olan xüsusiyyətlərin  nəzakət, ədəb, zirəklik və s.olduğunu görərik. Lakin hər nə olursa olsun valyuta cütünü seçərkən diqqətli olmaq və özünü idarə etməyi bacarmaq lazımdır.

Konkret strategiya və metodlardan danışarkən yalnız bir cəhət üzərində dayanmaq olmaz. Yüksək likvidlik zamanı məqsədə uyğun olaraq skalping strategiyasından istifadə etmək məsləhət görülür. Bu məqsədə çatmaq üçün sizə MovingAverage və StochasticOscillator indikatorları köməyə gələ bilər. Uzun müddətli pozisiyalar barədə düşünməyi sevənlər üçün kifayət qədər maraqlı və özünəməxsus Ichimoku Kinko Hyo indikatorunu məsləhət görmək olar.

Son xəbərlər
Digər xəbərlər

1 comment

Comments are closed.