9 C
Baku
Thursday, December 12, 2024

Funt sterlinq 37 illik minimuma düşüb

Funt sterlinqin dollara nisbətdə məzənnəsi 1.1311 vahidinə çatıb ki, bu da son 37 ilin minimumu sayılır. Bunu 21 sentyabr çərşənbə günü 20:53-də qeyd alınan “Capital Markets”in məlumatları sübut edir.

Banker.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Böyük Britaniyada enerji böhranı gözlənilir. Yanacaq qiymətlərinə qarşı mübarizə aparmaq üçün ölkənin baş naziri Lis Trass 1 oktyabr 2022-ci ildən etibarən elektrik hesablarının iki il müddətinə dondurulacağını deyib.

Siyasətçi əlavə edib ki, bu tədbir hər evə təxminən min funt-sterlinqə qənaət etməyə kömək edəcək. Aydınlaşdırılır ki, yenilik bu qış enerjiyə daha əvvəl tətbiq edilən endirimə əlavə dəstək rolunu oynayacaq.

Son xəbərlər
Digər xəbərlər