Böyük Britaniya funt sterlinqinin real effektiv məzənnəsi 73,38 bəndə qədər azalaraq son 168 ilin minimal səviyyəsinə kimi geriləyib. “Financial Times”a istinadən görə, bu göstərici 1992-ci ildə Britaniyanın vahid Avropa valyuta sistemindən ayrılması və hətta 1931-ci ildə qızıl standartlarından imtina etməsi zamanı bu qədər azalmayıb.
Həmçinin, bu göstərici İngiltərə Mərkəzi Bankının (BOE) indeksi kimi tanınır və funtun əsas ticarət tərəfdaşı olan ölkələrin valyutalarının səbətinə nisbətini əks etdirir. Qeyd edək ki, BOE-nin cari düsturuna görə Britaniyanın əsas ticarət tərəfdaşı Almaniya sayılır və onun valyuta səbətində payı 22,5% təşkil edir. Digər əsas tricarət tərəfdaşlarından isə ABŞ valyuta səbətində 16,5%, Fransa 12,6%, İtaliya 8,3% və Yaponiya 7% paya sahibdir.
Analitiklərin fikrincə, funt sterlinq digər valyutalarla müqayisədə zəifləməkdə davam edəcək. Xatırladaq ki, hazırda USD/GBP məzənnəsi 1,2165 səviyyəsində qərarlaşıb. Funt sterlinqin məzənnəsinin zəifləməyə davam edəcəyi və məzənnənin 1,15 USD/GBP-yə qədər geriləyəcəyi ehtimal edilir.
Report