12 C
Baku
Wednesday, December 11, 2024

Füzuli Beynəlxalq Hava Limanı tikilməkdədir, belə olacaq – Foto

Füzuli Beynəlxalq Hava Limanı tikilməkdədir.

Banker.az hava limanının yeni görüntüsünü təqdim edir.

Qeyd edək ki, tikintisi davam edən Füzuli Beynəlxalq Hava Limanının uçuş-enmə zolağının uzunluğu 3 000 metr, eni isə 45 metrdir.

Hava limanının perron sahəsi 60 min kvadrat metrdir, müxtəlif növ təyyarələrin dayanacağı olacaq. Yönəldici yolun sahəsi 6 500 kvadrat metrdir. Aeroporta giriş yolu 5 000 kvadrat metr olacaq. Aerovağzalın önündə isə 120 avtomobil üçün dayanacaq olacaq.

Köhnə aeroportun yerində tikilən Füzuli beynəlxalq hava limanında uçuş-enmə zolağının inşası ilə bu sahədə böyük təcrübəsi olan “AzVirt” MMC məşğul olmuşdur. Hava limanının uçuş zolağının inşasının ilin sonuna kimi tamamlanması planlaşdırılır.

fuzuli beynelxalq hava limani

Son xəbərlər
Digər xəbərlər