2 C
Baku
Saturday, December 14, 2024

Gədəbəydə qızıl çıxaran şirkətin hasilatı kəskin azalıb: Rəhbəri sonuncu rübü “çətin rüb” adlandırıb

Böyük Britaniyanın Azərbaycanda əlvan metallar çıxaran şirkəti “Anglo Asian Mining plc”in istehsalı kəskin düşüb.

Bu barədə Banker.az-a şirkətdən bildirilir.

Məlumata görə, şirkət 2023-cü ilin üçüncü rübü (iyul-sentyabr) ərzində  cəmi 5 295 unsiya istehsal edib. Bu 2022-cü ilin müvafiq dövründən 9 014 unsiya və ya 63 faiz azalmadır.

Ümumilikdə ilin ilk üç rübü ərzində 28 686 unsiya qızıl istehsal edib və bu da 2022-ci iin mvafiq dövründəki rəqəm – 43 081 unsiyadan 33 faiz azdır.

Qeyd edək ki, İyulun 13-də Gədəbəyin Söyüdlü kəndində qızıl yatağını istismar edən şirkətin fəaliyyəti müvəqqəti dayandırılıb. Ölkə başçısı və Baş Nazir oradakı nöqsanlarla bağlı şirkəti tənqid etmişdi. Hesabatda isə deyilir ki, “Micon International Co Limited” tərəfindən 2023-cü ilin sentyabrında yayımlanan ətraf mühitin mühafizəsi hesabatı Gədəbəkdə ətraf mühitin çirklənməsinin olmadığını göstərir. Əməliyyatların yenidən başlaması ilə bağlı rəsmi protokol hazırda Azərbaycan hökuməti ilə razılaşdırılır.

Şirkət ilin ilk üç rübü ərzində $10.8 mln. cəmi $1.6 mln. xalis nağd vəsait əldə edib.

Qeyd edilir ki, onun inventarında  $7 mln.  dəyərində mal-material var ki, onun da $5.9 mln.-u qızıldır.

Şirkətin baş icraçı direktoru Reza Vaziri bildirib ki, Azərbaycan Hökumətinin göstərişi ilə həyata keçirilən ekoloji yoxlamanın təsirinə məruz qalmış əməliyyatlarla “Anglo Asian” üçün çətin rüb olub.

“Bizim diqqətimiz hökumətlə tam əməkdaşlıq etmək və ekoloji yoxlamanın lazımi qaydada həyata keçirilməsini təmin etmək idi”-deyə, şirkət rəhbəri bildirir.

 

Son xəbərlər
Digər xəbərlər