9 C
Baku
Thursday, December 12, 2024

Gələn ay hansı fənn müəllimlərinin sertifikasiyaya cəlb olunacağı açıqlanacaq

“Təkrar sertifikasiyadan kəsilən 743 şəxslə əlaqəli yaradılan komissiya hər biri əlaqə saxlayıb və onlara təkliflər verilib. Həssas qrupdan olan və bizə iş üçün müraciət edən 130 nəfər təhsil müəssisələrində müxtəlif işlərlə təmin olunub”.

Bunu Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov “Effektiv kommunikasiya” mövzusunda keçirilən seminarda deyib.

Agentlik direktoru bildirib ki, həmin işlər yardımçı vəzifələrdir: “Bura məktəbdaxili şagirdlərin təhlükəsizlik məsələsi, eləcə də sosial baxımdan inkişaf üzrə olan istiqamətlər aiddir”.

O həmçinin əlavə edib ki, bu ilin sertifikasiya imtahanlarının fənlər üzrə təhlilləri tamamlanıb: “Dekabrın ilk ongünlüyü üçün növbəti il üçün hansı fənn müəllimlərinin sertifikasiya imtahanına cəlbi məsələsi açıqlanacaq”.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər