“Mən hələ tam dəqiq deyə bilmərəm ki, Hesablama Palatası tam müstəqil fəaliyyət göstərir. Ancaq müəyyən məsələlərdə şəffaflıq var”.
Bunu Milli Məclisin deputatı Vahid Əhmədov parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Hesablama Palatasının 2021-ci ildə fəaliyyəti haqqında” hesabatının müzakirəsi zamanı deyib.
O xatırladıb ki, Hesablama Palatası nəzarət orqanıdır:
“Palata 44 audit yoxlaması aparıb. Eyni məsələləri Hesablama Palatası mənfi hal kimi göstərir. Siz desəniz də, deməsiniz də biz burada problemləri görürük. Pozuntular bu gün də davam edir. Özü də daha pis formada. Biz may ayında dövlət büdcəsinin icrasına baxacağıq”.