“Gəncə Cihazqayırma Zavodu” ötən il 3.3 milyon manat mənfəət əldə edib

“Gəncə Cihazqayırma Zavodu” ASC  2024-cü ildəki 2.9 milyon manatlıq xalis mənfəətini 2025-ci ildə 15% artıraraq 3.3 milyon manata çatdırıb.

Banker.az bu barədə 2025-ci il üçün maliyyə hesabatına istinadən xəbər verir.

Ötən il ASC-nin əsas əməliyyat gəlirləri 31.4% artaraq 37.2 milyon manat olub. Gəlirlərin artması ilə paralel olaraq satışın maya dəyəri (xərclər) də 34.3% yüksəlib və 24.2 milyon manatdan 32.5 milyon manata xərc sənədləşib.

Hesabat dövründə zavodun cəmi aktivləri 66% artaraq 23.2 milyon manata yüksəlib.

Xatırladaq ki, “Gəncə Cihazqayırma Zavodu” 2008-ci ildə yaradılıb və nizamnamə kapitalı 212 min manatdır.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər