6 C
Baku
Sunday, December 15, 2024

Gəncə–Daşkəsən–Quşçu–Çovdar–Çaykənd avtomobil yolunun tikintisi üçün 8,5 milyon manat ayrılıb

Prezident İlham Əliyev Daşkəsən rayonunun Gəncə–Daşkəsən (27 km)–Quşçu–Çovdar–Çaykənd avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

1. Üç min nəfər əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirən Gəncə–Daşkəsən (27 km)–Quşçu–Çovdar–Çaykənd avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 8,5 milyon (səkkiz milyon beş yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

Son xəbərlər
Digər xəbərlər