15 C
Baku
Tuesday, April 23, 2024

Gəncə Şəhər İcra Hakimiyyətində yeni təyinatlar olub

Gəncə Şəhər İcra Hakimiyyətində (ŞİH) yeni kadr təyinatları olub.

Təyinatlarla bağlı Gəncə ŞİH başçısı Niyazi Bayramovun müvafiq sərəncamlar imzalayıb.

Belə ki, sənədə əsasən Kamran Məhərrəmov Gəncə ŞİH başçının müavini – Şəhər təsərrüfatı şöbəsinin müdiri vəzifəsinə, Adil Tağıyev isə Gəncə ŞİH başçının müavini – Sosial iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsinə təyin ediliblər.

Qeyd edək ki, Məhərrəmov Kamran Məhərrəm oğlu bundan əvvəl Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Sosial iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin İstehsal və xidmət sahələri sektorunun müdiri vəzifəsində, Tağıyev Adil Arif oğlu isə Azərbaycan Texnologiya Universitetinin Təsərrüfat işləri üzrə prorektoru vəzifəsində çalışıb.

Hər iki müavin bu gün kollektivə təqdim edilib.

Mənbəreport.az
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər