Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları pandemiya sahəsində müvafiq qanunvericiliyin icrasına nəzarət məqsədilə Gəncə şəhəri, Azərbaycan bayrağı küç., ev 138 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Zamanov Anar Abbasəli oğluna məxsus “Park House” restoranına baxış keçirib.
Banker.az AQTA-ya istinadən xəbər verir ki, baxış zamanı pandemiya dövrünün tələblərinin pozulduğu aşkar olunub. Belə ki, müvafiq portaldan (“icaze.e-gov.az”) rəsmi qaydada qeydiyyatdan keçmədən Yeni il şənliyinin təşkil olunduğu, pandemiya dövrünün tələblərinə əsasən, masa ətrafı və masalararası məsafənin gözlənilmədiyi müəyyən olunub. Aşkar olunmuş pozuntularla bağlı müəssisə rəhbərliyi inzibati məsuliyyətə cəlb olunub.