7 C
Baku
Thursday, December 12, 2024

Gəncədə şadlıq sarayı cərimələnib

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən pandemiya sahəsində müvafiq qanunvericiliyin icrasına nəzarət məqsədilə Gəncə şəhəri, Azərbaycan əsgəri küçəsində fəaliyyət göstərən, fiziki şəxs Qasımov Zaur Rasim oğluna məxsus “Tural” şadlıq sarayında keçirilən baxış zamanı pandemiya dövrünün tələblərinin kobud şəkildə pozulduğu aşkar olunub.

Banker.az AQTA-ya istinadən xəbər verir ki, yoxlama zamanı müvafiq portalda (icaze.gov.az) qeydiyyatdan keçmədən şənlik mərasiminin təşkil olunduğu, masalararası və oturacaqlar arasındakı məsafənin gözlənilmədiyi məlum olub. Aşkar edilmiş pozuntularla bağlı müəssisə rəhbərliyi inzibati məsuliyyətə cəlb olunub.

Son xəbərlər
Digər xəbərlər