“Azərsu” ASC “Gəncə şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması” işlərinin satın alınması bağlı tenderə yekun vurub.
Banker.az dövlət vahid elektron satınalmalar portalına istinadən xəbər verir ki, tenderin qalibi “Maqro Construction MMC-nin Azərbaycan Respublikasındaki filialı və AKM Yapı Taahhüt Sanayti ve Ticaret Şirketi” Birgə Müəssisəsi seçilib.
Müqavilənin ümumi dəyəri 49.5 mln. manatdır.