14 C
Baku
Thursday, March 28, 2024

G20 liderləri nüvə təhdidinə qarşı birləşir

İndoneziyanın Bali adasında keçiriləcək G20 sammitinin iştirakçıları nüvə silahından istifadəni və nüvə təhdidi cəhdlərini pisləyəcək.

Bu barədə G20 sammitinin sonunda qəbul ediləcək sənədin ilkin variantı ilə tanış olan “Reuters” agentliyi məlumat yayıb.

Bildirilib ki, dünyanın 20 ən böyük iqtisadiyyatına sahib olan ölkələrin liderlərinin gələn həftə keçiriləcək iclasında gündəmin əsas mövzusu Rusiyanın Ukraynaya müdaxiləsi olacaq.

Noyabrın 15-16-da keçiriləcək görüşdən sonra qəbul ediləcək bəyanatın ilkin variantında qeyd olunub ki, yalnız qaydalara əsaslanan beynəlxalq nizamın və çoxtərəfli sistemin qorunmasına dair davamlı öhdəlik sülh və sabitliyi qoruya bilər.

Son xəbərlər
Digər xəbərlər