10 C
Baku
Thursday, December 12, 2024

G7 sammitində Rusiyanın almaz ixracına sanksiya tətbiq edilməsi müzakirə olunacaq

G7 ölkələrinin Yaponiyada keçirilən sammitində Rusiyanın milyard dollarlıq almaz ixracına sanksiya tətbiq edilməsi müzakirə ediləcək.

Bu barədə AFP-yə adı açıqlanmayan Aİ rəsmisi bildirib: “Biz inanırıq ki, biz Rusiya ticarətinin bu sektordakı ixracını məhdudlaşdırmalıyıq”,- rəsmi deyib.

O əlavə edib ki, G7 ölkələrinin iqtisadi baxımdan həssas olan bu məsələ ilə bağlı Yaponiyada keçirilən sammit çərçivəsində yekun razılaşma əldə etməsi ehtimalı yoxdur. Qeyd edək ki, Rusiyanın 2021-ci ildə 5 milyard dollar dəyərində almaz ixrac etdiyi bildirilir. BƏƏ, Hindistan və Belçika Rusiyanın əsas almaz idxalçılarıdır.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər