25 C
Baku
Saturday, April 20, 2024

G7 Ukraynanın borc ödəmələrini təxirə salıb

G7 ölkələrinin daxil olduğu kreditorlar qrupu Ukraynaya 2027-ci ilə qədər kredit ödənişlərini təxirə salıb.

Bu barədə bu barədə “Ukrinform“ Kanada Maliyyə Nazirliyinə istinadən məlumat yayıb.

Qeyd olunur ki, Qrupa üzv olan bütün dövlətlərin nümayəndələri martın 23-də görüşərək Ukraynanın dövlət borcu ilə bağlı ortaq mövqe barədə razılığa gəliblər.

“Kreditorlar Qrupu tərəfindən maliyyə təminatının verilməsi Ukraynanın milli qanunvericiliyinə uyğun olaraq, Beynəlxalq Valyuta Fondun proqramının (2023-2027-ci illər) icra olunduğu dövr ərzində 2022-ci il avqustun 1-dən borcun ödənilməsi üzrə dondurulmanın uzadılmasını nəzərdə tutur”, – deyə mesajda qeyd olunur

Qeyd olunur ki, Ukraynada iqtisadi vəziyyət sabitləşdikdən sonra və ya BVF proqramı başa çatana qədər kreditor dövlətlər Ukraynanın kredit yükünü yüngülləşdirmək üçün əlavə addımlar atacaqlar.

“Ukraynanın bir qrup kreditoru BVF proqramının parametrlərinə cavab verən borc həllini təklif edəcək, bir şərtlə ki, xarici özəl kreditorlar daha az əlverişli şərtlər təqdim etsinlər”, – Kanada Maliyyə Nazirliyi bildirib.

Son xəbərlər
Document

Rəqəmsal Həlləri

  • ERP Sistemi
  • CRM Müştəri Bazası
  • POS Kassa və Satış
  • İcarə
  • Layihələr
  • Anbar
  • Maliyyə
  • İnsan Resursları
  • İstehsalat
  • Satınalma
  • Tapşırıqlar
  • Ticketing
  • Çağrı Mərkəzi
  • Analitika
  • Elektron Ticarət
  • ERP Sistemi
Digər xəbərlər