6 C
Baku
Sunday, December 15, 2024

“General Motors” 2025-ci ilə qədər elektromobillərə $35 mlrd. sərmayə qoyacaq

Dünyanın ən böyük avtomobil istehsalçılarından biri olan “General Motors” 2025-ci ilə qədər elektrikli avtomobillərə 35 milyard dollar sərmayə qoyacaq.

Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Xatırladaq ki, koronavirus pandemiyasından əvvəl istehsalçı elektrikli və avtonom nəqliyyat vasitələrinə 20 milyard dollar sərmayə qoymaq niyyətində olduğunu açıqlayıb. 2020-ci ilin noyabrında “General Motors” bu investisiyaları 27 milyard dollara qədər artıracağını bildirib.

İnvestisiya çərçivəsində şirkət ABŞ-da iki yeni akkumulyator istehsalı zavodu inşa edəcək. Layihələrin təfərrüatları açıqlanmasa da, “GM”in onların hər birinə təxminən 2 milyard dollar sərmayə qoyacağı təxmin edilir.

“General Motors”un CEO-su Meri Barra bu həftə ABŞ Konqresinin sədri Nensi Pelosi və digər demokratlarla görüşəcəyini və elektrikli nəqliyyat vasitələrinin ətraf mühitə vurduğu ziyanı müzakirə edəcəyini söyləyib.

Avtomobil istehsalçısı geniş infrastruktur planı çərçivəsində prezident Baydenin elektrikli avtomobillərin inkişafına 174 milyard dollar ayırmaq təşəbbüsünü dəstəkləyib.

Son xəbərlər
Digər xəbərlər