15 C
Baku
Friday, April 26, 2024

“Goldman Sachs” Asiyada alternativ aktivlərə $30 mlrd. sərmayə qoyur

“Goldman Sachs Group” növbəti beş il ərzində Asiyada alternativ aktivlərə ən azı 30 milyard dollar sərmayə qoyacaq.

Banker.az xəbər verir ki, şirkətin regiondakı alternativ investisiyaların rəhbəri Stefani Huey bildirib ki, Asiyadakı investisiyaların həcmi iki dəfə artırılaraq 60 milyard dollara çatacaq və əsasən texnoloji startaplara, daşınmaz əmlaka və bərpa olunan enerjiyə xərclənəcək.

İnvestisiya şirkəti rəqibləri “KKR & Co” və “Blackstone”u ötmək üçün aqressiv proqrama başlayıb.

“Goldman Sachs”ın alternativ investisiya qrupu adətən dəyəri 50-100 milyon dollar olan startaplara sərmayə qoyur. Qeyd edək ki, şirkətin investisiyalarının maksimum həddi bəzən 150 milyon dollara çatır.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər