2 C
Baku
Saturday, December 14, 2024

“Goldman Sachs” neftin qiyməti üzrə proqnozlarını endirib

Dünyanın ən böyük investisiya banklarından biri olan “Goldman Sachs” 2022-ci ilin dördüncü rübü üçün neftin qiyməti üzrə proqnozlarını endirib.

Bu barədə “İnterfax” bankın analitiklərinə istinadən məlumat yayıb.

Məlumata görə, bankın analitiklərinin fikrincə, bazar Çində əhəmiyyətli sayda koronavirus hadisələri və G7 səviyyəsində qiymət həddinin tətbiqi ilə bağlı aydınlığın olmaması səbəbindən əsaslı olaraq narahatdır.

Çin həftə sonu COVID-19-dan üç nəfərin öldüyünü bildirib. Bunlar may ayından bəri bildirilən ilk ölüm hallarıdır. Buna cavab olaraq Pekin hakimiyyəti karantin tədbirlərini gücləndirib.

“Çində COVID-19-a yoluxma hallarının sayı yüksək həddədir, lakin ölkə hakimiyyətinin mümkün reaksiyası hələ də məlum deyil. Biz Lokdaunları proqnozlaşdıraraq, Çində neftin gündəlik neft tələbi üzrə gözləntilərimizi bu rüb üçün 1.2 mln. barel azaldaraq 14 mln. barelə endirdik”, – məlumatda qeyd olunur.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər