15 C
Baku
Friday, April 26, 2024

“Goldman Sachs” Rusiyadakı aktivlərini yerli top-menecerlərə satıb

“Goldman Sachs” Rusiyadakı aktivlərinin bir hissəsini yerli top-menecerlərinə – Maksim Klimova və Anton Şrayderə satıb. Məlumata görə, müqavilə keçən il baş tutub.

Sənədlər “Goldman Sachs”ın Rusiyadakı aktivlərinin strukturunda dəyişikliklərə dəlalət edir. Məsələn, ABŞ-ın Qiymətli Kağızlar və Birja Komissiyasına təqdim etdiyi “HeadHunter” sənədlərində deyilir ki, onun investorları arasında yeni struktur yaranıb – “Broomfield International Limited”. Strukturun payı təxminən 2.9% təşkil edir.

Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.

“Broomfield International Limited” dekabr ayında “Cian” səhmlərinin 6.57 milyondan çoxunu və ya 9.4%-ni alıb. Eyni zamanda, 2022-ci ilin noyabrında Maksim Klimov və Anton Şrayder Dubayda “Broomfield Proprietary Investments Ltd”də “Broomfield International Limited” adlar altında qeydiyyatdan keçiblər.

Mart ayında məlum olub ki, “Goldman Sachs” Ukraynada silahlı münaqişənin başlanması fonunda Rusiyada fəaliyyətini məhdudlaşdırmağa başlayıb. O, fevralın 24-dən bəri ölkəni tərk edən ilk böyük “Wall Street” bankı olub.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər