4 C
Baku
Friday, March 29, 2024

“Goldman Sachs” tarixində ən böyük ixtisarlar həyata keçirəcək

“Goldman Sachs Group” bu həftə tarixindəki ən böyük iş ixtisarlarından birini həyata keçirəcək – təxminən 3200 işçi işdən azad ediləcək, Banker.az bu barədə “Forbes”a istinadən xəbər verir.  Məlumata görə, işdən çıxarılan işçilərin üçdə birindən çoxu əsas şöbələrdən olacaq.

İxtisar olunacaq işçilərin yekun sayı təxminən 4 mindən aşağı olacaq. Xatırladaq ki, “Goldman Sachs”da son böyük ixtisarlar 2008-ci ildə “Lehman Brother”in iflasından sonra baş verib.

İxtisarlar bankın il üzrə ödənişlərin ənənəvi müzakirəsinə bir həftə qalmış baş verəcək. 2022-ci ilin sentyabrında bank artıq 500-ə yaxın insanı işdən çıxarıb. 2019-cu ilin sonunda “Goldman Sachs”da 38 300 nəfər, 2022-ci ilin üçüncü rübünün sonunda 49 100 nəfər işləyib. “Goldman Sachs”ın səhmləri 2022-ci ildə demək olar ki, 10% ucuzlaşıb: bu, ilin əvvəlindən 24% itirən S&P 500 bank indeksinin düşməsindən az olub.

Son xəbərlər
Digər xəbərlər