12 C
Baku
Wednesday, December 11, 2024

“Goldman Sachs”dan FED-lə bağlı iddialı proqnoz

“Goldman Sachs”-ın baş iqtisadçısı Yan Hatziyus ABŞ Federal Eytiyyatlar Sisteminin 2024-cü ildə izləyə biləcəyi pul-kredit siyasəti ilə bağlı proqnozlarını bölüşüb.

“Goldman Sachs” baş iqtisadçısı FED-in qarşıdakı dövrdə 5 faiz endirimi edəcəyini ehtimal edir. Hatziyus, FED-in mart ayından başlayaraq may və iyun aylarında ardıcıl üç 25 baza bəndlik faiz endirimi edəcəyini və daha sonra 2024-cü ilin ikinci yarısında daha iki endirim edəcəyini proqnozlaşdırdıqlarını açıqlayıb.

Yan Hatziyus mövcud vəziyyəti 1995, 1998 və 2019-cu illərin tendensiyaları ilə müqayisə etdiklərini və proqnozlarını bu tendensiyaya uyğun müəyyənləşdirdiklərini bildirib. Qlobal inflyasiya mövzusuna toxunan iqtisadçı, dünyada inflyasiyanın cilovlanmağa başladığını vurğulayaraq, bir çox mərkəzi bankın faiz dərəcələrini gözlənildiyindən daha sürətli endirə biləcəyini bildirib.

“Goldman Sachs” “S&P 500” üçün 2024-cü il hədəfini 8% artırdı

“Goldman Sachs” analitikləri 2024-cü il üçün “S&P 500” hədəfini 8% artıraraq 5100 bəndə çatdırıblar. Bu kontekstdə ABŞ fond bazarının inflyasiyanın azalması və faiz dərəcələrinin aşağı düşməsindən qazanc əldə edəcəyi düşünülür.

Analitiklər həmçinin proqnozlaşdırırlar ki, 2024-cü ildə birjada qazanclar “S&P 500”-də 2023-cü ilin lokomotivləri olan “mega-cap” şirkətləri əvəzinə dövri sektorlar və daha kiçik şirkətlərdən gələcək.

San Fransisko FED sədri həddindən artıq sərtləşmə barədə xəbərdarlıq edir

San Fransisko FED sədri Meri Deyli 2024-cü il üçün həddindən artıq sərtləşdirmə məsələsini vurğulayıb və faiz endirimlərinin bir zərurət ola biləcəyini müdafiə edib.

Meri Deyli “Wall Street Journal”-a verdiyi açıqlamada inflyasiyanın yaxşılaşdığı bir vaxtda Mərkəzi Bankın gələn il faiz dərəcələrini azaltmağa başlamasının məqsədəuyğun olacağını xatırladıb və faiz dərəcəsi azalsa belə, 2024-cü ildə inflyasiyanın düşməyə davam etdiyi bir mühitdə məhdudlaşdırıcı monetar siyasətin davam edəcəyini qeyd edib.

ABŞ-da əmək bazarını yaxından izlədiklərini də vurğulayan Deyli, qiymət sabitliyinə nail olmağa çalışarkən insanların işini itirməsinə səbəb olmaq istəmədiklərini ifadə edib. Buna görə də Deyli əmək bazarında 2%-lik inflyasiya hədəfinə çatmaq yolunda ən az problemlə rəvan keçidə böyük əhəmiyyət verdiklərini bildirib.

Mənbə: investaz.az

Son xəbərlər
Digər xəbərlər